- İtaliya S.A.
- 01:45 08.11.2026
“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının növbəti turunda səfərdə “İnter”lə keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Fabreqas “İnter”in İtaliyanın ən güclü komandası olduğunu bildirib:
“İnter” İtaliyanın ən güclü komandasıdır. Görək, onlarla oyundan sonra vəziyyət necə olacaq. Qarşımızda A Seriyasının və İtaliya Kubokunun son qalibi, həmçinin Çempionlar Liqasının son finalçısı dayanır.
İnkişaf etməli olduğumuz çox məqam var və bizi uzun yol gözləyir. Amma kim bilir? Bəlkə də sabah ideal oyun nümayiş etdirib hamını təəccübləndirəcəyik”, – deyə Fabreqasın sözlərini “Inter Xtra” yayıb.
Qeyd edək ki, bazar günü baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
A Seriyasında 10 turdan sonra “İnter” 25 xalla üçüncü, “Como” isə 23 xalla dördüncü pillədə qərarlaşıb.