- İtaliya S.A.
- 21:38 08.11.2026
İtaliya A Seriyasının 11-ci turunda “Napoli” öz meydanında “Latsio” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 28-ci dəqiqədə qonaqlar açıblar. Davide Frattezi “Latsio”nu önə keçirib.
İkinci hissəyə fəal başlayan “Napoli” 48-ci dəqiqədə hesabı bərabərləşdirib. Alfonso Pedrasanın avtoqolu meydan sahiblərinə məğlubiyyətdən qaçmağa imkan verib. Oyunun qalan dəqiqələrində hesab dəyişməyib.
Beləliklə, “Latsio” ardıcıl altı qələbəlik seriyasını dayandırsa da, çempionatda lider mövqeyini qoruyub. İki məğlubiyyətdən sonra “Napoli” isə bu dəfə bir xal qazanıb.