8 noyabr 2026. Bazar günü

“İnter” “Komo”ya qalib gələrək ikinci pilləyə yüksəldi


“İnter” “Komo”ya qalib gələrək ikinci pilləyə yüksəldi

İtaliya A Seriyasının 11-ci turunda “İnter” doğma meydanda “Komo” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “San-Siro” stadionunda keçirilən görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri artıq ilk hissədə iki qol vurublar. 12-ci dəqiqədə Françesko Esposito hesabı açıb. Yeddi dəqiqə sonra Markus Türam “İnter”in üstünlüyünü iki topa çatdırıb.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran “İnter” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Milan təmsilçisi lider “Latsio”dan bir xal geri qalır. “Komo” isə 23 xalla beşinci sıradadır.







İtaliya S.A.