9 noyabr 2026. Bazar ertəsi

“Yuventus” “Fiorentina” ilə heç-heçə etdi


“Yuventus” “Fiorentina” ilə heç-heçə etdi

İtaliya A Seriyasının 11-ci turunda “Fiorentina” doğma meydanda “Yuventus”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Florensiyada keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahibləri artıq dördüncü dəqiqədə Mateo Pelleqrino ilə hesabı açıblar. Turin təmsilçisi 32-ci dəqiqədə Nik Voltemadenin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bərabər hesabla yollanıblar.

İkinci hissədə “Fiorentina” yenidən önə keçib. 54-cü dəqiqədə Alio Njiye fərqlənib. Lakin “Yuventus” 66-cı dəqiqədə Bremerin qolu ilə hesabı bərabərləşdirərək matçda son nöqtəni qoyub – 2:2.







İtaliya S.A.