- İtaliya S.A.
- 17:03 09.11.2026
“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmaq üçün danışıqları davam etdirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Goal" nəşrinə istinadən məlumatına görə, tərəflər arasında danışıqlar ilin əvvəlində başlasa da, sonradan irəliləyiş əldə olunmayıb. Bununla belə, türkiyəli futbolçu müqaviləni yeniləmək variantını istisna etmir.
Çalhanoğlu ən azı ikiillik müqavilə tələb edir. O, maaşının yalnız cüzi azaldılmasına razıdır. “İnter” rəhbərliyi isə 30 yaşdan yuxarı futbolçularla yalnız birillik müqavilə imzalamağın tərəfdarıdır.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçinin Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.