- İtaliya S.A.
- 21:13 10.11.2026
İtaliyanın “Sassuolo” klubu Roberto D’Aversanın əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssisin məşqçilər korpusunda Salvatore Sullо, Marko Piççone, Marko Ridjo, Paolo Ronqoni, Françesko Petruqaro, Andrea Rinaldi, Simone Vinyudelli və Marko Bizzarri yer alıblar.
D’Aversanın rəhbərliyi altında komanda ilk məşqinə çərşənbə axşamı günortadan sonra çıxıb. Yeni baş məşqçinin ilk mətbuat konfransının isə noyabrın 12-də, cümə axşamı günü “Mapei Football Center”də keçiriləcəyi bildirilib.
Qeyd edək ki, “Sassuolo” hazırda İtaliya çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.