- İtaliya S.A.
- 22:11 10.11.2026
“Latsio”nun gənc və perspektivli futbolçusu Romano Floriani Mussolini Roma klubu ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Bu klubla müqaviləmi uzatmaq mənim üçün böyük qürur mənbəyidir. Bu qərar məni hər zaman maksimum gücümlə çıxış etməyə daha da həvəsləndirir. İrəli!”, – deyə futbolçunun sözlərini klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, “Latsio” hazırda İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Roma təmsilçisi mövsümə klub tarixinin ən uğurlu startlarından biri ilə başlayıb. Komanda sonuncu dəfə 2000-ci ildə İtaliya çempionu olub.