- İtaliya S.A.
- 23:01 11.11.2026
Fransa millisinin sabiq futbolçusu Tyerri Anri 1999-cu ildə “Yuventus”da çıxış etdiyi qısa dövrü maraqlı açıqlama ilə xatırlayıb.
90deqiqe.Az-ın məlumatına görə, sabiq hücumçu Turin klubunda sol cinahda oynadığını və bu mövqedə daim hərəkətdə olmalı, həmçinin müdafiəyə kömək etməli olduğunu bildirib.Anri bu barədə “Kampo” podkastında danışarkən zarafatla həmin dövrdə saçlarının tökülməyə başladığını deyib:
“Cinahda oynayarkən topun olduğu mövqeyə uyğun hərəkət etməlisən. Uzaq dirəyə qoşulmalı, mərkəzə doğru irəliləməli, topu itirdikdə isə geri qayıdaraq beş müdafiəçidən ibarət xəttdə yerini tutmalısan. Elə onda da saçlarım tökülməyə başladı!”
Qeyd edək ki, Tyerri Anri “Yuventus”un heyətində 20 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə verib. O, 1999-cu ilin yayında “Arsenal”a transfer olunub və sonradan London klubunun əfsanələrindən birinə çevrilib.