12 noyabr 2026. Cümə axşamı

“Latsio”nun iki müdafiəçisi üç həftə yaşıl meydanlardan uzaq qalacaq


“Latsio”nun iki müdafiəçisi üç həftə yaşıl meydanlardan uzaq qalacaq

İtaliyanın “Latsio” klubunun müdafiəçiləri Nunu Tavares və Yosip Şutalo əzələ zədələri səbəbindən ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaqlar.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, hər iki futbolçu ötən bazar günü “Napoli” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnib. Bu səbəbdən onlar müvafiq olaraq Portuqaliya və Xorvatiya milli komandalarının düşərgəsini tərk ediblər.

Gözlənilir ki, Tavares və Şutalo A Seriyasında “Leççe” və “Torino” ilə matçları buraxacaqlar. Klub rəhbərliyi müdafiəçilərin dekabrın ilk həftəsində sıraya qayıdacağına ümid edir.

Qeyd edək ki, Nunu Tavares cari mövsümdə A Seriyasında 11 oyunda iştirak edib, bir qol vurub və dörd məhsuldar ötürmə verib. Şutalo isə çempionatda səkkiz matça çıxıb. Hər iki futbolçu hələlik sarı və ya qırmızı vərəqə almayıb.







İtaliya S.A.

Fransişku Konseysau zədədən qayıtdı
  • İtaliya S.A.
  • 23:01 11.11.2026
Fransişku Konseysau zədədən qayıtdı