12 noyabr 2026. Cümə axşamı

Fransişku Konseysau zədədən qayıtdı


Fransişku Konseysau zədədən qayıtdı

“Yuventus”un cinah oyunçusu Fransişku Konseysau üç həftədən çox əvvəl aldığı çiyin çıxığından sonra tamhüquqlu məşqlərə qayıdıb.

90deqiqe.Az-ın “Sky Sport Italia”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu noyabrın 22-də “Venesia”ya qarşı A Seriyası matçında meydana çıxa bilər.

Komandanın digər zədəli futbolçularından Niko Qonsales də ümumi məşqlərə qayıtmağa yaxındır. O, oktyabrın sonunda baldır əzələsindən zədələnmişdi.

Avqustun sonunda ayağındakı stress sınığı səbəbindən əməliyyat olunan Kenan Yıldız isə dekabrda yaşıl meydanlara qayıtmağı planlaşdırır.

Pyer Kalülyu, Kefren Türam, Manuel Lokatelli, Kamil Qrabara və Arkadiuş Milik isə hələ də bərpa prosesini davam etdirirlər.







İtaliya S.A.

Fransişku Konseysau zədədən qayıtdı
  • İtaliya S.A.
  • 23:01 11.11.2026
Fransişku Konseysau zədədən qayıtdı