- İtaliya S.A.
- 21:28 12.11.2026
Fransalı futbol əfsanəsi Tyerri Anri vaxtilə formasını geyindiyi “Yuventus”un hazırkı vəziyyətindən məyus olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, 1999-cu ildə Turin təmsilçisində çıxış etmiş Anri komandanın indiki durumunu izləməyin ona ağır gəldiyini deyib.
“Yuventus”un hazırda düşdüyü vəziyyəti görmək mənə ağrı verir. Amma bu, möhtəşəm klubdur”, - deyə Anrinin sözlərini “Goal” nəşri “Kampo” podkastına istinadən yayıb.
Qeyd edək ki, Tyerri Anri “Yuventus”un heyətində 20 oyun keçirib. Hücumçu bu görüşlərdə üç qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliya çempionatında 11 turdan sonra “Yuventus” turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Turin klubu lider “Latsio”dan 11 xal geri qalır.