13 noyabr 2026. Cümə

Tyerri Anri “Yuventus”da 6 nömrəli formanı geyinməsinin səbəbini açıqlayıb


Tyerri Anri “Yuventus”da 6 nömrəli formanı geyinməsinin səbəbini açıqlayıb

Fransalı futbol veteranı Tyerri Anri vaxtilə “Yuventus”da 6 nömrəli forma ilə çıxış etməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə onun sözlərini “Tuttosport”a istinadən yayıb.

“6 nömrəli formanı geyinirdim. Siz nə gözləyirdiniz ki? Axı bu, 12-nin yarısıdır. Elə buna görə də həmin nömrəni seçmişdim. Nəticədə bu, mənə uyğun gəldi, çünki cinah müdafiəçisi mövqeyində oynayırdım”, - deyə Anri bildirib.

Qeyd edək ki, Tyerri Anri karyerasının böyük hissəsində 12 və 14 nömrəli formalarla çıxış edib. O, 1999-cu ildə “Yuventus”da oynayıb və Turin təmsilçisinin heyətində 20 matçda üç qol vurub, iki məhsuldar ötürmə verib.

Anri 1998-ci ildə Fransa millisi ilə dünya çempionu titulunu da qazanıb.







İtaliya S.A.

Fransişku Konseysau zədədən qayıtdı
  • İtaliya S.A.
  • 23:01 11.11.2026
Fransişku Konseysau zədədən qayıtdı