- İtaliya S.A.
- 23:46 15.11.2026
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo İtaliya C Seriyasının 2026/2027 mövsümünün 14-cü turunda “Ravenna”nın heyətində meydana çıxıb.
90deqiqe.Az xəbər verir ki, 46 yaşlı futbolçu “Forli” ilə qarşılaşmanın ilk hissəsində oynayıb. Fasilədə braziliyalı oyunçu əvəzlənib. Hazırda davam edən matçda “Ravenna” 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub, 2005-ci ildə isə “Qızıl top” mükafatına layiq görülüb.
Karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” klublarında çıxış edən futbolçu 2018-ci ilin yanvarında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Onun son rəsmi oyunu isə 2015-ci ildə olub.