- İtaliya S.A.
- 23:46 15.11.2026
Braziliya futbolunun əfsanəsi Ronaldinyo 46 yaşında peşəkar futbola qayıtmasından danışıb.
90deqiqe.Az-ın məlumatına görə, sabiq hücumçu “Forli” ilə 2:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.
“ hər şey çox yaxşı keçdi. Çoxlu gənc futbolçu ilə bir komandada oynadım və özümü əla hiss edirəm. 45 dəqiqə isə çox tez keçdi. Hərçənd futbol mənim üçün həmişə belə olub! Futbol həyatımın ən gözəl şeyidir.
Bu, mənim son oyunum idi? Bilmirəm. Klubun prezidenti yenidən mənə zəng etsə, qayıdacağam. Meydana çıxmaq hər zaman böyük zövqdür. Mən prezidentə açıq şəkildə dedim: “Əgər yenidən mənə ehtiyacınız olsa, burada olacağam”, - deyə Ronaldinyo “Football Italia”ya bildirib.
Qeyd edək ki, “Qızıl top”un sahibi İtaliyanın C Seriyasında çıxış edən “Ravenna” klubunun heyətində debüt matçına çıxaraq 45 dəqiqə meydanda olub.