17 noyabr 2026. Çərşənbə axşamı

“Latsio” üç futbolçusunun son durumu ilə bağlı açıqlama yayıb


“Latsio” üç futbolçusunun son durumu ilə bağlı açıqlama yayıb

İtaliyanın “Latsio” klubu A Seriyasının bərpası ərəfəsində Davide Frattezi, Mattia Zakkanyi və Nunu Tavaresin sağlamlıq vəziyyəti barədə yenilənmiş məlumat yayıb.

90deqiqe.Az xəbər verir ki, Frattezi İtaliya millisinin heyətində çıxış edərkən əzələ zədəsi alıb. Tibbi müayinələr futbolçuda əzələ dartılması olduğunu təsdiqləsə də, əzələ liflərində zədələnmə aşkarlanmayıb. Yarımmüdafiəçi yaxın günlərdə həkim nəzarətində olacaq. Onun şənbə günü “Leççe” ilə oyuna qədər bərpa olunmaq ehtimalı var.

Mattia Zakkanyi sol budun dördbaşlı əzələsindəki zədə səbəbindən milli komandanın oyunlarını buraxıb. Son müayinə futbolçunun vəziyyətində irəliləyiş olduğunu göstərib. Bu səbəbdən onun yaxın günlərdə komanda ilə tam məşqlərə qayıtması gözlənilir.

Nunu Tavares isə aldığı zədədən sonra fizioterapiya kursunu davam etdirir.







İtaliya S.A.

Fransişku Konseysau zədədən qayıtdı
  • İtaliya S.A.
  • 23:01 11.11.2026
Fransişku Konseysau zədədən qayıtdı