18 noyabr 2026. Çərşənbə

“Napoli” yeni məşq bazası tikməyi planlaşdırır


“Napoli” yeni məşq bazası tikməyi planlaşdırır

“Napoli” klubu müasir məşq bazasının inşası üçün torpaq sahəsinin alınmasına dair ilkin razılaşma əldə edib.

90deqiqe.Az-ın  “Sky Sport Italia”ya istinadən məlumatına görə, klubun prezidenti Aurelio De Laurentis bu razılaşmanı təsdiqləyib. Neapol təmsilçisi ən azı 13 hektar torpaq sahəsi almaq barədə razılığa gəlib.

Yeni layihəyə əsasən, ərazidə səkkiz futbol meydançası inşa olunacaq. Torpaq sahəsinin 18 hektara qədər genişləndirilməsi mümkün olarsa, əlavə iki meydança da tikiləcək.

Kompleksdə qapıçılar üçün xüsusi məşq meydançası, gənclər komandalarının oyunları üçün kiçik stadion, futbolçular və əməkdaşlar üçün qəbul və istirahət zonaları, ofis otaqları, həmçinin meydançaların suvarılmasında istifadə ediləcək su hövzəsi də nəzərdə tutulub.

Tikinti işlərinə başlanmazdan əvvəl klub bir sıra bürokratik prosedurları tamamlamalıdır. Ərazi hazırda kənd təsərrüfatı təyinatlı torpaq statusunda olduğundan, tikinti üçün rəsmi icazə də alınmalıdır.







İtaliya S.A.

"Fabreqas “Komo”da əla iş görür"
  • İtaliya S.A.
  • 23:09 18.11.2026
"Fabreqas “Komo”da əla iş görür"
Fransişku Konseysau zədədən qayıtdı
  • İtaliya S.A.
  • 23:01 11.11.2026
Fransişku Konseysau zədədən qayıtdı