18 noyabr 2026. Çərşənbə

"Fabreqas “Komo”da əla iş görür"


"Fabreqas “Komo”da əla iş görür"

“Arsenal”ın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri “Komo” klubunun baş məşqçisi Sesk Fabreqasın fəaliyyətini dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki,  Anri “The Touchline” nəşrinə açıqlamasında Fabreqasın gördüyü işləri yüksək qiymətləndirib:

“Fabreqas komandaya gələndə “Komo” aşağı liqaya düşməmək uğrunda mübarizə aparırdı. Növbəti mövsümün sonuncu turunda A Seriyasına yüksəlməyi bacardılar. Daha sonra çempionatı 10-cu pillədə başa vurdular, növbəti mövsüm isə Çempionlar Liqasına vəsiqə qazandılar. Fabreqas möhtəşəm iş görür”.

Qeyd edək ki, ispaniyalı mütəxəssis əvvəlcə komandaya futbolçu kimi qoşulub, daha sonra baş məşqçi vəzifəsinə təyin olunaraq uğurlu nəticələr əldə edib.

“Komo” İtaliya A Seriyasının cari mövsümünün 11 turundan sonra 23 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.







İtaliya S.A.

"Fabreqas “Komo”da əla iş görür"
  • İtaliya S.A.
  • 23:09 18.11.2026
"Fabreqas “Komo”da əla iş görür"
Fransişku Konseysau zədədən qayıtdı
  • İtaliya S.A.
  • 23:01 11.11.2026
Fransişku Konseysau zədədən qayıtdı