18 noyabr 2026. Çərşənbə

“Yuventus”un futbolçusu gələcəyi ilə bağlı qərarını açıqlayıb


“Yuventus”un futbolçusu gələcəyi ilə bağlı qərarını açıqlayıb

“Yuventus”un yarımmüdafiəçisi Ueston MakKenni Turin klubundan ayrılacağı barədə yayılan məlumatları təkzib edib.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu komandadakı gələcəyi ilə bağlı mövqeyini açıqlayıb.

“Vəziyyətə aydınlıq gətirmək istəyirəm: “Yuventus”dan ayrılmağı planlaşdırmıram. Olduğum yerdə xoşbəxtəm. Məhz buna görə də klubla yeni müqavilə imzaladım və komandada çıxışımı davam etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə MakKenninin sözlərini jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında yayıb.

Qeyd edək ki, amerikalı futbolçu 2021-ci ilin yayından Turin təmsilçisinin formasını geyinir. Onun “Yuventus”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 30 milyon avro qiymətləndirir.







İtaliya S.A.

"Fabreqas “Komo”da əla iş görür"
  • İtaliya S.A.
  • 23:09 18.11.2026
"Fabreqas “Komo”da əla iş görür"