- İtaliya S.A.
- 23:13 19.11.2026
Tanınmış italiyalı məşqçi Antonio Konte iş prinsipləri və futbol dünyasındakı reputasiyası ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis tələbkarlığı və klub rəhbərliyi ilə münasibətlərdə güzəştə getməməsi ilə tanınır.
Konte onu “korporativ olmayan” məşqçi kimi xarakterizə edən fikirlərə münasibət bildirib.
“Məni komandaya gətirmək istəyən klub, şübhəsiz ki, çempionluq qazanmağı hədəfləyir. Deyirlər ki, mən korporativ düşüncəli deyiləm. Bəs bu, ümumiyyətlə, nə deməkdir? İnsan ya yaltaq ola bilər, ya da klubun maraqlarını düşünən biri. Klubun xeyrinə çalışmaq isə qələbə qazanmaq deməkdir”, – deyə italiyalı mütəxəssis “Cronache” nəşrinə müsahibəsində bildirib.
Qeyd edək ki, Antonio Konte ötən yay 2024-cü ildən çalışdığı “Napoli” klubunun baş məşqçisi postundan ayrılıb. Son günlərdə isə onun “Yuventus”a mümkün qayıdışı ilə bağlı xəbərlər yayılıb.