- İtaliya S.A.
- 22:21 21.11.2026
Almaniya Bundesliqasının X turunda “Union Berlin” və “Leyptsiq” komandaları üz-üzə gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, Berlin təmsilçisinin meydanında keçirilən qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk yarısında komandalar hərəyə bir qol vurublar. Lakin fasilədən sonra üstünlüyü ələ alan “RB Leyptsiq” daha dörd dəfə fərqlənərək darmadağınla qalib gəlib.
Bu nəticədən sonra ardıcıl dördüncü qələbəsini qazanan “Leyptsiq” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komanda liderdən 3 xal geri qalır.
“Union Berlin” isə 16-cı sırada yer alıb.