21 noyabr 2026. Şənbə

“Roma” səfərdə “Parma”nı darmadağın edib


“Roma” səfərdə “Parma”nı darmadağın edib

İtaliya A Seriyasının XII turunda “Parma” və “Roma” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, Parmadakı “Ennio Tardini” stadionunda keçirilən qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 39-cu dəqiqədə “Roma”nın hücumçusu Doniyel Malen açıb. 54-cü dəqiqədə “Parma”nın futbolçusu Nesta Elfej tarazlığı bərpa edib.

Lakin bundan sonra təşəbbüsü ələ alan paytaxt təmsilçisi rəqib qapısından ardıcıl dörd qol keçirib. 68-ci dəqiqədə Malen özünün və komandasının ikinci qolunu vurub. 71-ci dəqiqədə Rodriqo Mora fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə yenidən fərqlənən Malen 90-cı dəqiqədə dördüncü qolunu vuraraq pokerini rəsmiləşdirib və yekun hesabı müəyyənləşdirib – 5:1.

Bu qələbədən sonra 12 oyunda 30 xal toplayan “Roma” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi lider “Latsio”dan 2 xal geri qalır. “Parma” isə 8 xalla 16-cı sırada yer alıb.







İtaliya S.A.

"Fabreqas “Komo”da əla iş görür"
  • İtaliya S.A.
  • 23:09 18.11.2026
"Fabreqas “Komo”da əla iş görür"