22 noyabr 2026. Bazar günü

“Yekun hesab oyunun çətinliyini əks etdirmir”


“Yekun hesab oyunun çətinliyini əks etdirmir”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının XII turunda “Parma” üzərində qazandıqları 5:1 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın “DAZN Italia”ya istinadən məlumatına görə, mütəxəssis futbolçuların hazırlığından və oyunun gedişindən razı qaldığını bildirib:

“Çox məmnunam. Çünki futbolçuların komandanın düşərgəsindən ayrılaraq son anda geri qayıtması həmişə müəyyən qeyri-müəyyənlik yaradır. Dayandığımız yerdən davam edə biləcəyimizi görmək istəyirdik.

Yekun hesab bugünkü qarşılaşmanın nə qədər çətin keçdiyini tam əks etdirmir. “Parma” mübarizəyə köklənmişdi və oyuna fəal başladı. Lakin 90 dəqiqə ərzində tədricən oyuna daha yaxşı nəzarət etməyə başladıq. Bununla belə, üstünlüyümüz hesabın göstərdiyi qədər böyük deyildi”.

Qeyd edək ki, A Seriyasının 12 turundan sonra “Roma”nın hesabında 36 qol var. Son 76 ildə çempionatın bu mərhələsində bundan yüksək göstəriciyə yalnız 1950/1951 mövsümündə nail olunub. Həmin vaxt “İnter” və “Milan” hərəyə 38, “Yuventus” isə 37 qol vurub.

“Roma” hazırda 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.







İtaliya S.A.

"Fabreqas “Komo”da əla iş görür"
  • İtaliya S.A.
  • 23:09 18.11.2026
"Fabreqas “Komo”da əla iş görür"