22 noyabr 2026. Bazar günü

Spaletti komandanın zədəli futbolçuları ilə bağlı məlumat verib


Spaletti komandanın zədəli futbolçuları ilə bağlı məlumat verib

“Yuventus”un baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının XII turunda “Venesiya” ilə keçiriləcək oyun öncəsi komandanın heyətindəki vəziyyət barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, zədə səbəbindən uzun müddətdir meydana çıxa bilməyən futbolçularla yanaşı, Pyer Kalulyu və Niko Qonsales də qarşıdakı görüşü buraxacaqlar.

“Sabah Pyer Kalulyu və Niko Qonsales oynamayacaqlar. Qalan bütün futbolçular matça hazırdır. Əvvəllər zədə səbəbindən qarşılaşmaları buraxan bir neçə vacib oyunçumuz komandaya qayıdıb. Dünən və bu gün iki yaxşı məşq keçirmişik”, – deyə Spaletti bildirib.

Qeyd edək ki, “Yuventus” 18 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “Venesiya” isə 6 xalla 19-cu sırada yer alır. Komandalar arasında qarşılaşma noyabrın 22-də keçiriləcək.







İtaliya S.A.

"Fabreqas “Komo”da əla iş görür"
  • İtaliya S.A.
  • 23:09 18.11.2026
"Fabreqas “Komo”da əla iş görür"