- İtaliya S.A.
- 01:57 22.11.2026
İtaliya A Seriyasının XII turunda “Napoli” doğma meydanda “Torino” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini həll edən yeganə qolu 73-cü dəqiqədə Şotlandiya millisinin üzvü Skott Maktominay vurub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Napoli” turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib. “Torino” isə 14 xalla 12-ci sırada qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Napoli” noyabrın 29-da səfərdə “Sassuolo” ilə, “Torino” isə noyabrın 28-də doğma meydanda “Latsio” ilə qarşılaşacaq.