22 noyabr 2026. Bazar günü

“Milan” “Frosinone”nin qapısından beş top keçirib


“Milan” “Frosinone”nin qapısından beş top keçirib

İtaliya A Seriyasının 12-ci turunda “Milan” doğma meydanda “Frosinone”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “San-Siro” stadionunda keçirilən qarşılaşma “rossonyerilər”in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın baş hakimi Luka Payretto olub.

Görüşdə hesab artıq 4-cü dəqiqədə açılıb. “Frosinone”un müdafiəçisi Qabriele Kalvani topu öz qapısına göndərib. 19-cu dəqiqədə Qonsalu Ramuş “Milan”ın üstünlüyünü iki topa çatdırıb.

25-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Patrizio Mazini fərqi azaldıb. Lakin ikinci hissənin əvvəlində, 48-ci dəqiqədə Ardon Yaşari meydan sahiblərinin üçüncü qolunu vurub.

60-cı dəqiqədə Alfadjo Sisse hesabı 4:1 edib. 68-ci dəqiqədə isə Kristian Pulişiç matçın yekun nəticəsini müəyyənləşdirib – 5:1.

Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran “Milan” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Frosinone” isə 20 xalla yeddinci yerdədir.







İtaliya S.A.

“Yuventus”dan 18 dəqiqəyə 4 qol
  • İtaliya S.A.
  • 19:16 22.11.2026
“Yuventus”dan 18 dəqiqəyə 4 qol