23 noyabr 2026. Bazar ertəsi

“Hər ikimizin özünəinam qazanmağa ehtiyacı var”


“Hər ikimizin özünəinam qazanmağa ehtiyacı var”

“Yuventus”un hücumçusu Nik Voltemade “Venesia” ilə matçda Randal Kolo-Muaninin penalti zərbəsini yerinə yetirməsinə niyə imkan verdiyini izah edib. 

90deqiqe.Az-ın məlumatına görə, "DAZN" təcrübəli hücumçunun dediklərini belə çatdırıb.

“Ötən dəfə o, topu mənə vermişdi. Hər ikimizin özünəinam qazanmağa ehtiyacı var. Bir-birimizə kömək etmək imkanımız olanda bunu edirik. Penaltini ona güzəştə getməklə özümü yaxşı insan kimi göstərmək istəmirəm. Bu, mənim üçün tamamilə təbii idi. O, yaxşı insandır, məsuliyyəti üzərinə götürdü və zərbəni vurdu”

Qeyd edək ki, A Seriyasının 12-ci turunda Turin təmsilçisi 4:0 hesablı qələbə qazanıb.Almaniyalı futbolçu oyuna sonradan daxil olub və 15 dəqiqə ərzində bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. Görüşün sonlarında “Yuventus” penalti vurmaq hüququ əldə edib. Zərbəni yerinə yetirməyə hazır olduğu görünən Voltemade topu fransalı hücumçuya həvalə edib. Kolo-Muani penaltini dəqiq yerinə yetirərək bu mövsüm A Seriyasında ikinci qolunu vurub.

Əlavə edək ki, Almaniyalı futbolçu əvvəlki turda “Fiorentina” ilə 2:2 hesablı heç-heçə etdikləri matçda A Seriyasında ilk qolunu vurmuşdu. Həmin qarşılaşmada ona məhsuldar ötürməni məhz Kolo-Muani etmişdi.







İtaliya S.A.

“Yuventus”dan 18 dəqiqəyə 4 qol
  • İtaliya S.A.
  • 19:16 22.11.2026
“Yuventus”dan 18 dəqiqəyə 4 qol