- İtaliya S.A.
- 23:41 23.11.2026
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının ən azı növbəti iki qarşılaşmasında iştirak edə bilməyəcək.
90deqiqe.Az-ın “Sky Sport Italia”ya istinadən məlumatına görə, türkiyəli futbolçu UEFA Çempionlar Liqasında “Ştutqart”a, İtaliya çempionatında isə “Cenoa”ya qarşı oyunları buraxacaq.
Çalhanoğlu bazar günü “Atalanta” ilə 4:4 hesablı heç-heçə başa çatan matçda zədələnib və ilk hissədə əvəzlənib. Həmin görüşdə “İnter”in digər futbolçusu Pyotr Zelinski də zədə alıb. Onun əvəzinə meydana Petar Suçiç daxil olub.
Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi sentyabr-oktyabr aylarında budun yaxınlaşdırıcı əzələsinin zədələnməsi səbəbindən klub və milli komandanın ümumilikdə beş oyununu buraxmışdı.
32 yaşlı futbolçu bu mövsüm “İnter”in heyətində 14 matçda iştirak edib, üç qol vurub və dörd sarı vərəqə alıb.