24 noyabr 2026. Çərşənbə axşamı

“Ailə üzvlərim və dostlarım belə məndən faydalanırdı”


“Ailə üzvlərim və dostlarım belə məndən faydalanırdı”

“Roma”nın sabiq kapitanı Françesko Totti karyerasının zirvəsində olduğu dövrdə yaxın çevrəsindəki bir çox insanın ondan istifadə etdiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 1992-2017-ci illərdə yalnız “Roma”da çıxış edən əfsanəvi futbolçu bu barədə “Rai 2” telekanalına müsahibəsində danışıb.

“Kimlər mən zirvədə olanda məndən istifadə edirdi? Heç vaxt bunu gözləmədiyin insanlar – ailə üzvləri, dostlar, qohumlar. Çoxları məndən faydalanırdı. Zaman keçdikcə yollarınız ayrılır və əslində nələrin baş verdiyini anlamağa başlayırsan. İmkanım olsaydı, bir daha belə davranmazdım”, – deyə Totti bildirib.

Qeyd edək ki, Totti “Roma”nın heyətində 785 rəsmi matçda meydana çıxıb, 307 qol vurub və 205 məhsuldar ötürmə verib.







İtaliya S.A.

“Yuventus”dan 18 dəqiqəyə 4 qol
  • İtaliya S.A.
  • 19:16 22.11.2026
“Yuventus”dan 18 dəqiqəyə 4 qol