- İtaliya S.A.
- 00:34 24.11.2026
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri yarımmüdafiəçi Kevin De Brüyne ilə müqavilənin uzadılması məsələsinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis belçikalı futbolçu ilə bu barədə hələ danışmadığını, hazırda komandanın sıx oyun qrafikinə diqqət yetirdiyini söyləyib.
“Onunla bu barədə danışmamışam. Çünki hazırda mövsümün ən gərgin dövründəyik. Həm çempionatda, həm də Çempionlar Liqasında mübarizə aparırıq, tezliklə İtaliya Kuboku da başlayacaq.
Dekabrın 20-də Milad fasiləsi başlayacaq. Həmin vaxt klub rəhbərliyi vəziyyəti qiymətləndirərək komandanı gücləndirmək üçün addımlar atacaq. Həmçinin hansısa futbolçunun komandadan ayrılmaq istəyib-istəmədiyini də müəyyənləşdirmək lazımdır”, – deyə Alleqrinin sözlərini “Calcio Napoli 24” nəşri yayıb.
Qeyd edək ki, Kevin De Brüynenin “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Sazişdə müqavilənin müddətini uzatmaq üçün bənd də yer alır.