24 noyabr 2026. Çərşənbə axşamı

De Brüynedən qış transferi ilə bağlı söz-söhbətlərə münasibət


De Brüynedən qış transferi ilə bağlı söz-söhbətlərə münasibət

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Brüyne qış transfer pəncərəsində klubunu dəyişəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, De Brüyne həyat yoldaşının sözlərinin yanlış yozulduğunu deyərək yayılan xəbərlərdən narazılığını ifadə edib:

“İndiki vəziyyətdən məyusam. Həmin məqaləni diqqətlə oxusanız, həyat yoldaşımın sözlərinin yanlış şərh edildiyini görərsiniz. “Napoli”dən ayrılacağım barədə yayılan söz-söhbətlər nə dərəcədə əsaslıdır? Hazırda bu barədə çox şey deyə bilmərəm. Əlimdən gələnin 400 faizini edirəm, amma artıq 20 yaşım yoxdur – tezliklə 36 yaşım olacaq. Buna görə də bir çox amili nəzərə almaq lazımdır. Hələlik əlavə edəcəyim bir şey yoxdur. Oynayıram və komandanın nəticələr qazanmasına kömək etməyə çalışıram. Bu il kifayət qədər çətinliklərlə üzləşdik, çox hadisə baş verdi”

Xatırladaq ki,bu müzakirələrə 35 yaşlı futbolçunun həyat yoldaşının müsahibəsi səbəb olub. O, Neapolda yaşamaqdan o qədər də məmnun olmadığını bildirib və gələcəkdə Belçikaya qayıtmaq istədiklərini söyləyib.

Qeyd edək ki, “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi ilə Niderlandın PSV klubu maraqlanır. Həmçinin onun İngiltərəyə qayıdacağı və ya Səudiyyə Ərəbistanına yollanacağı barədə iddialar var.







İtaliya S.A.

“Yuventus”dan 18 dəqiqəyə 4 qol
  • İtaliya S.A.
  • 19:16 22.11.2026
“Yuventus”dan 18 dəqiqəyə 4 qol