25 noyabr 2026. Çərşənbə

Manuel Lokatelli uşaqlıq kumirləri barədə danışıb


Manuel Lokatelli uşaqlıq kumirləri barədə danışıb

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli uşaqlıq illərində örnək götürdüyü futbolçuların adlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə “Calciomercato” nəşrinə müsahibəsində danışıb.

“Uşaqlıqdan “Yuventus” azarkeşi olmuşam. Buna görə də kumirlərim Pavel Nedved, Canluici Buffon və Alessandro Del Pyero idi. Əlbəttə, Françesko Tottiyə də heyranlıqla yanaşırdım. Bunlar böyüyərkən örnək götürdüyüm futbolçular idi.

Bəzən uşaqlar da bizə eyni şəkildə baxırlar və bu, üzərimizə müəyyən məsuliyyət qoyur. Onlara yalnız oyun zamanı texnikamızla deyil, davranışımızla da nümunə olmalıyıq. Həm meydanda, həm də meydandan kənarda. Bu, çox gözəl və olduqca vacib məsuliyyətdir”, - deyə Lokatelli bildirib.

 







İtaliya S.A.

“Yuventus”dan 18 dəqiqəyə 4 qol
  • İtaliya S.A.
  • 19:16 22.11.2026
“Yuventus”dan 18 dəqiqəyə 4 qol