- İtaliya S.A.
- 23:42 26.11.2026
İtaliyanın “İnter” klubu müdafiəçisi Karlos Auqusto ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, braziliyalı futbolçu ilə sözləşmənin müddəti 2031-ci ilin ortalarınadək uzadılıb. 27 yaşlı oyunçunun əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.
İtaliya mətbuatının yazdığına görə, yeni müqaviləyə əsasən, futbolçunun maaşı da artırılıb.
Qeyd edək ki, Karlos Auqusto 2024-cü ilin yayında “Montsa”dan “İnter”ə keçib. Bundan əvvəl o, bir il Milan klubunda icarə əsasında çıxış edib.
Braziliyalı müdafiəçi cari mövsümdə Kristian Kivunun rəhbərlik etdiyi komandada 14 oyuna çıxıb, dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.