28 noyabr 2026. Şənbə

“Hazırkı mövqeyimizlə kifayətlənə bilmərik”


“Hazırkı mövqeyimizlə kifayətlənə bilmərik”
Rəsmi

“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo “Torino” ilə oyun öncəsi mətbuat konfransında iştirak edib. 

90deqiqe.Az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.Qattuzo komandasının turnir cədvəlindəki mövqeyini mümkün qədər uzun müddət qorumağa çalışacağını bildirib:

“Ümid edirəm ki, bu mövqedə mümkün qədər uzun müddət qala biləcəyik. Ancaq sonda hər şey meydanda həll olunur. Bütün məsələləri turnir cədvəlinə bağlamaq düzgün olmazdı.

Mənim məşqçim olmuş Massimiliano Alleqri rəqəmləri mükəmməl təhlil edir, amma mən bu məsələdə o qədər də güclü deyiləm. Mən bu günlə yaşayıram. Buna görə də yalnız sabah bizi çətin oyunun gözlədiyini və vəziyyətimizi yaxşılaşdırmalı olduğumuzu düşünürəm. Hazırkı vəziyyətimizlə kifayətlənə bilmərik.

“İnter”in hazırda ötən mövsümün eyni dövrü ilə müqayisədə daha çox xalı var. Bu fakt özü çox şeyi deyir”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, İtaliya çempionatının 13-cü turu çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 28-də baş tutacaq.“Latsio” hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir və “Roma” ilə birlikdə çempionatda məğlub olmayan yeganə komandadır.







İtaliya S.A.