30 sentyabr 2026. Çərşənbə

Napoli və Ançelotti cəzalandırıldı


Napoli və Ançelotti cəzalandırıldı

Napoli'nin baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb.

Corner.az xəbər verir ki, A seriyasının 10-cu turunun “Atalanta” ilə görüşündə (2:2) qırmızı vərəqə alan italyalı mütəxəssis 1 oyunluq diskvalifikasiya olunub.

Ançelotti “Atalanta” ilə oyunda hakimin qərarlarına sərt reaksiya göstərmiş və etiraz etdiyi üçün meydandan qovulmuşdu.

“Napoli” həm də, azarkeşlərinin sözügedən oyunda meydana plastik şüşə atmasına görə 3 min avro cərimə olunub.







İtaliya S.A.