29 iyun 2026. Bazar ertəsi

Yuventus Milan'a qalib gəldi


Yuventus Milan'a qalib gəldi

İtaliya A Seriyasında 12-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

“Roma” səfərdə “Parma”ya, “Fiorentina” isə “Kalyari”yə məğlub olub. “Latsio” “Leççe” ilə ev oyununda inamlı qələbə qazanıb. “Udineze” – SPAL və “Sampdoriya” – “Atalanta” oyunlarında isə qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Turində keçirilib. Lider “Yuventus” doğma  meydanında “Milan”ı sınağa çəkib və minimal hesablı qələbə qazanıb. 

İtaliya A Seriyası
12-ci tur

8 noyabr

Sassuolo – Bolonya 3:1
Qol: Kaputo, 34; 75. Boqa, 68 – Orsolini, 70.

9 noyabr

Breşiya – Torino 0:4
Qol: Belotti, 17-pen; 26-pen. Berenger, 75; 81.

İnter – Verona 2:1
Qol: Vesino, 65. Barelya, 83 – Verre, 19-pen.

Napoli – Cenoa 0:0

10 noyabr

Kalyari – Fiorentina 5:2
Qol: Roq, 17. Pisakane, 26. Simeone, 34. Pedro, 54. Naynqqolan, 65 – Vlahoviç, 75; 87.

Latsio – Leççe 4:2
Qol: Korrea, 30; 80. Saviç, 62. İmmobile, 78-pen – Lapadula, 40. La Mantia, 85.

Sampdoriya – Atalanta 0:0

Udineze – SPAL 0:0

Parma – Roma 2:0
Qol: Sprokati, 68. Kornelius, 90+3.

Yuventus – Milan 1:0
Qol: Dibala, 77.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı