- İtaliya S.A.
- 20:52 24.11.2024
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 2 illik cəzalandırıla bilər.
Corner.az-ın "AS" nəşrinə istinadən xəbərinə görə, bu barədə İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano məlumat verib. O deyib ki, portuqaliyalı hücumçu A seriyasının 12-ci turunda "Milan"la matçda əvəzləndikdən sonra birbaşa stadionu tərk etdiyi üçün bu cəzaya məruz qala bilər:
"Ronaldo oyun bitmədən stadiondan ayrıldı. Bu isə qadağandır. Çünki matçlardan sonra dopinq-testlər olur. Dopinq-testdən keçməməyin cəzası ilə 2 illik diskvalifikasiyadır. Yadımdadır ki, mən də "Latsio" ilə oyunda əvəzlənməyimə əsəbiləşmişdim və matçın sonunu gözləmədən evimə gedirdim. O zaman Kapello məni stadiona qaytardı. Çünki ağır cəzalandırıla bilərdim".(qol)