29 iyun 2026. Bazar ertəsi

Milan'ın sabiq futbolçusu karyerasını başa vurdu


Milan'ın sabiq futbolçusu karyerasını başa vurdu
İtaliya millisinin və “Milan”ın sabiq futbolçusu Rikkardo Montolivo karyerasını başa vurub.

Corner.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib. 
 
Montolivo futbol karyerasını başa vurduğunu bildirib: “Bu andan etibarən futbolu biritirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. “Milan” məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim”.
 
2012-ci ildən “Milan”da çıxış edən təcrübəli futbolçu, 2018/19 mövsümündə heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun Milan təmsilçisi ilə müqaviləsi 2019-cu ilin yayında sona çatmışdı və o gündən klubsuz idi.
 






İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı