- İtaliya S.A.
- 20:52 24.11.2024
Yuventus'un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında "Lokomotiv" İtaliya A seriyasında "Milan"la matçlarda əvəzlənməsinə münasibət bildirib.
Corner.az "A Bola"ya istinadən yaydığı xəbərə görə, o, əvəzləndiyi üçün baş məşqçisi Maurisio Sarri ilə aralarında narazılıq olmadığını deyib. Portuqaliya millisinin üzvü zədə səbəbindən əvəzləndiyini təsdiqləyib:
"Son üç həftədir fiziki problemlərlə oynayıram. Baş məşqçi ilə anlaşılmazlıq yoxdur, bunu media uydurdu. "Yuventus"a kömək etməyə çalışırdım. Heç kim oyundan çıxarılmağı sevmir, amma məşqçi heyətinin qərarını anlaya bilirəm. Çünki 100 faiz hazır deyildim. Komandam üçün bəzi fədakarlıqlar etdim. Portuqaliya millisi ilə isə Avropa çempionatından kənarda qala bilərdik. Özümü yenə təhlükəyə atdım. Karyeram ərzində ciddi bir zədə problemim olmayıb, amma bu, hər an ola biləcək durumdur".(qol)