“Yuventus”un futbolçusu Kristiano Ronaldonun son zamanlardakı davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcəyi barədə iddialar özünü doğrultmayıb.
Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu millidən Turin təmsilçisinin düşərgəsinə qayıtdıqdan sonra nə son hadisələrlə bağlı izahat verib, nə də üzr istəyib.
“La Gazzetta Dello Sport”un iddiasına görə isə portuqaliyalı futbolçunun komanda yoldaşları bunu ciddi problem etmək istəmirlər.
Qeyd edək ki, A Seriyasının 12-ci turunda keçirilmiş “Milan”la oyunda əvəzlənməsinə etiraz edən Ronaldo stadiondan vaxtından öncə ayrılmışdı.