14 avqust 2026. Cümə

Roma qayıtmağımı istəsə, imtina edəcəyəm - Totti


Roma qayıtmağımı istəsə, imtina edəcəyəm - Totti

Roma klubunun sabiq futbolçusu Françesko Totti kluba qayıtmayacağını söyləyib. 

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı sabiq hücumçu həssas insan olduğunu bildirib: "Müəyyən bir yolu izləməyi qərara aldıqda onu tamamlayıram. "Roma" qayıtmağımı istəsə, bu, mənə çətinliklər yaradacaq. Amma imtina edəcəyəm. Qərarıma da hörmət edirəm". 

Qeyd edək ki, Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. O, 1992-ci ildə əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992-2017) paytaxt təmsilçisinə həsr edib. O, daha sonra klubun direktoru təyin olunsa da, bu ilin iyun ayında istefa verib. (report)







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"