14 avqust 2026. Cümə

Lukaku 71 illik rekordu qırdı


Lukaku 71 illik rekordu qırdı
İnter İtaliya A Seriyasının 13-cü turunda “Torino”ya qalib gəlib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Milan təmsilçisinin hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.
 
Belə ki, 26 yaşlı futbolçu “Torino” ilə oyunda da qol vuraraq, bu mövsüm A Seriyasındakı qollarının sayını 10-a çatdırıb. Belçikalı futbolçu “İnter”lə A Seriyasında ilk 13 oyuna 10 qol vurmağı bacaran ikinci futbolçu olub. Bundan əvvəl, 1948/49 mövsümündə İştvan Nerş bunu bacarmışdı.
 
Qeyd edək ki, Lukaku bu yay “Mançester Yunayted”dən “İnter”ə transfer olunub.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"