23 oktyabr 2024. Çərşənbə

Ronaldo sağaldı


Ronaldo sağaldı

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo zədəsini sağaldaraq komanda ilə ümumi məşqlərə başlayıb.

Corner.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu özünün "Tvitter" hesabındakı mesajında yazıb. O, məşqdən paylaşdığı şəkillərə "Mən qayıtdım" sözlərini yazıb.

Turin təmsilçisinin baş məşqçisi Maurisio Sarri bildirib ki, 34 yaşlı furbolçunun Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün keçiriləcək "Atletiko"ya qarşı görüşdə oynayıb-oynamayacağı hələlik bəlli deyil. Buna görüşün başlamasına bir neçə saat qalmış qərar veriləcək.

Qeyd edək ki, Ronaldo zədə səbəbindən A seriyasında ötən həftə keçirilən "Atalanta" ilə görüşü buraxmışdı.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"