20 aprel 2026. Bazar ertəsi

Bu əclaf xəstəliyə qalib gəlməyə səbr lazımdır - Mixayloviç


Bu əclaf xəstəliyə qalib gəlməyə səbr lazımdır - Mixayloviç

Xərçəng xəstəliyindən əziyyət çəkən "Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç iyundan sonra ilk dəfə mətbuat konfransı keçirib.

Corner.az xəbər verir ki, o, xəstəliyi haqda danışarkn deyib: "Bu xəstəlikdən əziyyət çəkənlər bilər ki, mübarizə aparmaq necə çətindir. Bütün həkimlərə, tibb bacılarına təşəkkür edirəm. Ağlamaqdan yorulmuşam.

Heç vaxt özümü qəhrəman saymamışam. Sadəcə, insanam. Bu xəstəliyə yalnız kişilik, mərdlik hesabına qalib gəlmək mümkün deyil. Bunda ayıb heç nə yoxdur, xəstə yaşamaq həyata bağlanmaq həvəsini itirməməlidir. Bu əclaf xəstəliyə qalib gəlmək üçün səbr lazımdır. 4 ay küçəyə çıxmaqdan evdə oturmaq asan deyil".(qol)








İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı
“Udineze” evdə uduzdu
  • İtaliya S.A.
  • 21:21 18.04.2026
“Udineze” evdə uduzdu