17 dekabr 2025. Çərşənbə

Ronaldo İtaliyada ən yaxşı oyunçu seçildi


Ronaldo İtaliyada ən yaxşı oyunçu seçildi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliyada mükafatlandırılıb.

Corner.az xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində Portuqaliyalı futbolçu A Seriyasında başa çatmış mövsümünün ən yaxşı oyunçusu seçilib. O, eyni zamanda ölkə çempionatının ən yaxşı hücumçuları arasında yer alıb.

Digər nominasiyalarda aşağıda adları qeyd olunan futbolçular qalib olub.

Ən yaxşı hücumçular: Kriştiano Ronaldo ("Yuventus"), Duvan Sapata ("Atalanta") və Fabio Kualyarella ("Sampdoriya")

Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç ("Yuventus"), Yosip İliçiç ("Atalanta") və Nikolo Barella ("Kalyari"/"İnter")

Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi "Yuventus"), Kalidu Kulibali ("Napoli") və Aleksandar Kolarov ("Roma")

Ən yaxşı qapıçı: Samir Handanoviç ("İnter")

Ən yaxşı komanda: "Atalanta"

Ən yaxşı məşqçi: Can Pyero Qasperini ("Atalanta")

Ən yaxşı arbitr: Canluka Rokki

Ən yaxşı gənc oyunçusu: Sandro Tonali ("Breşiya")







İtaliya S.A.

Menyan “Milan”ı tərk etməyəcək
  • İtaliya S.A.
  • 23:58 16.12.2025
Menyan “Milan”ı tərk etməyəcək
"İtaliya üçün çox darıxıram"
  • İtaliya S.A.
  • 23:58 15.12.2025
"İtaliya üçün çox darıxıram"
“Yuventus” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 02:57 15.12.2025
“Yuventus” 3 xalı tək qolla qazandı
 “İnter”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 23:12 14.12.2025
“İnter”dən inamlı qələbə