"Roma” İtaliya A Seriyasının 15-ci turunda səfərdə “İnter”in qonağı olacaq.
Corner.az xəbər verir ki, paytaxt təmsilçisi sözügedən matça ciddi itkilərlə çıxacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, Xavyer Pastore və Castin Klyuvertin zədə səbəbindən “İnter”lə görüşdə komandasına kömək edə bilməyəcəyi bildirilir. Edin Dzekonun durumu isə oyun vaxtı bilinəcək. Buna onun yüksək temperaturla əlaqədar son məşqləri buraxması səbəb göstərilir.
Sabah keçiriləcək “Roma” – “İnter” matçına saat 23:45-də start veriləcək.