7 noyabr 2026. Şənbə

Qarabağ'ın rəqibi Bakıya ciddi itkilərlə gəlir


Qarabağ'ın rəqibi Bakıya ciddi itkilərlə gəlir

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsrail "Aşdod"u Bakıya ciddi itkilərlə gələcək.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Ağdam klubu ilə oyun öncəsi komandanın 3 aparıcı futbolçusu sıradan çıxıb.

Uqandalı müdafiəçi Timoti Avanidən sonra onun həmyerlisi olan hücumçu Fahad Bayo və hücumameylli yarımmüdafiəçi Məhəmməd Kanaan da zədələnib. Birincinin "köhlən atlar"a qarşı oynamayacağı dəqiqdir. Digər iki oyunçunun meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Qeyd edək ki, "Aşdod" komandası iyulun 20-da Bakıya gələcək. Komandalar arasında oyun isə 2 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.(report)







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi