7 noyabr 2026. Şənbə

Keşlə'nin Konfrans Liqası matçına buraxılacaq azarkeş sayı bilindi


Keşlə'nin Konfrans Liqası matçına buraxılacaq azarkeş sayı bilindi

"Keşlə"nin Rusiyada "Soçi" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa cəmi 500 azarkeş buraxılacaq.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır: "Qərarı anlayışla qarşılayırıq. Stadiona gələnlər bizim sadiq azarkeşlərimiz olacaq".

Qeyd edək ki, iyulun 29-da Soçidə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi