5 dekabr 2025. Cümə

Konfrans Liqası: Qarabağ, Keşlə və Sumqayıt'ın potensial rəqiblərinin sayı azaldı


Konfrans Liqası: Qarabağ, Keşlə və Sumqayıt'ın potensial rəqiblərinin sayı azaldı

UEFA Konfrans Liqasının 3-cü mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb.

Corner.az qurum saytına istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin bu mərhələdəki potensial rəqiblərinin sayı azalıb.

“Qarabağ” “Aşdod” (İsrail) səddini keçərsə, AEL (Kipr) – “Vlazniya” (Albaniya), “Panevejis” (Litva) – “Voyvodina” (Serbiya), “Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya) və “Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya) cütlərindən birinin qalibi ilə qarşılaşacaq.

“Soçi” (Rusiya) ilə üz-üzə gələcək “Keşlə” və “Çukariçki” ilə qarşılaşacaq “Sumqayıt” üçün də potensial rəqib sayı 4-ə enib.

“Qarabağ”ın potensial rəqibləri:

AEL (Kipr) – “Vlazniya” (Albaniya)
“Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya)
“Panevejis” (Litva) – “Voyvodina” (Serbiya)
“Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya)

“Keşlə”nin potensial rəqibləri:

“Arda” (Bolqarıstan) – “Hapoel” (Beer-Şeva, İsrail)
“Dinamo” (Batumi, Gürcüstan) – BATE (Belarus)
“Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya)
“Astana” (Qazaxıstan) – “Aris” (Yunanıstan)

“Sumqayıt”ın potensial rəqibləri:

“Apollon” (Kipr) – “Jilina” (Slovakiya)
“Suduva” (Litva) – “Rakov” (Polşa)
“Kopenhagen” (Danimarka) – “Torpedo-BelAZ” (Belarus)
“Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü