- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Avrokuboklar öncəsi qələbə qazanmaq vacib idi. Bu, komandaya özünəinam gətirməklə yanaşı, əhval-ruhiyyəni yüksəldir".
Corner.az-;n məlumatına görə, bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Keşlə" ilə keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.
55 yaşlı mütəxəssis evdəki matça ciddi hazırlaşdıqlarını bildirib: "Rəqib ötən mövsüm Azərbaycan çempionatında 8 komanda arasında 6-cı yeri tutub. Kuboku qazandıqları üçün Konfrans Liqasına vəsiqə əldə ediblər. Rəqib haqqında məlumatımız azdır. Heyətdə bəzi rotasiyalar olub, keyfiyyətli oyunçular alıblar. Məlumat toplamağa, necə, hansı taktiki sxemlə oynadıqlarını müəyyənləşdirməyə çalışırıq. Hücum futbolu oynayacağıq. Çünki ilk oyunda sərfəli nəticə qazanmaq istəyirik".
Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.