- Konfrans liqası
- 02:17 12.12.2025
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Corner.az-ın məlumatına görə, Azərbaycanı yeni turnirdə təmsil edəcək "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri bəlli olub.
II raundda Rusiya "Soçi"si ilə üz-üzə gələcək paytaxt təmsilçisi rəqibinə qalib gələcəyi halda, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Sumqayıt" "Çukariçki" (Serbiya) səddini keçərsə, III raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" isə İsrail "Aşdod"unu məğlub edəcəyi təqdirdə, AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
"Soçi" (Rusiya) / "Keşlə" (Azərbaycan) cütünün qalibi - “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi
“Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) - “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi
AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi - “Qarabağ” (Azərbaycan) / “Aşdod” (İsrail) cütünün qalibi
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.